RU

“Xəstə” təcili yardımın feldşerinə hücum edib...

Rusiya Qvardiyasının əməkdaşları Sank PeterburqunMariinsk xəstəxanasında təcili yardımın feldşerinə hücum edən şəxsi saxlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Sankt-Peterburq və Leninqrad vilayəti üzrə özəl mühafizə xidmətinin mətbuat xidməti yazıb.

Hadisə noyabrın 16-na keçən gecə baş verib. Hadisə yerinə Rusiya Qvardiyasının iki dəstəsi gəlib.

Təcavüzkar qadın feldşerə hücum edərək onu boğmağa başlayıb.

Saxlanılan şəxs polis bölməsinə aparılıb. Zərərçəkənə köməklik göstərilib. Ona qapalı kəllə-beyin travması və beyin silkələnməsi, həmçinin yumşaq toxumaların əzilməsi diaqnozu qoyulub. ...Bundan əvvəl Sankt-Peterburqda avtobus sürücüsünün üzünə bibər qazı vurulmuşdu.

Nazlı Almuradova

Избранный
56
33
sia.az

10Источники