RU

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistan və Azərbaycana bir il vaxt verdi

  Beynəlxalq Ədalət Məhkəməsi Bakı və İrəvana irqi ayrı-seçkiliklə bağlı sənədlər hazırlamaq üçün bir il vaxt verib. 

Bu barədə qurumun press-relizlərində deyilir.

Qeyd edildiyi kimi, söhbət əks memorandumlardan – tərəflərin işin mahiyyəti üzrə qarşı tərəfin arqumentlərini təkzib etdiyi sənədlərdən gedir.

Sənədlər 2025-ci il noyabrın 12-dək hazırlanmalıdır.

 Xatırladaq ki, Ermənistan 2021-ci il sentyabrın 16-da Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanla məhkəmə prosesi başladıb.

Bakı isə həmin il sentyabrın 23-də əks iddia qaldıraraq, İrəvanın regionda azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirdiyini və bunu törətməyə davam etdiyini açıqlayıb./Globalinfo.az  

Избранный
13
1
referans.az

2Источники