RU

Tender qalibi olan şirkət məhkəmə qarşısında

"Promostar" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, MMC barəsində protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub. 

 

İş Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin icraatındadır.

 

Qeyd: MMC bir neçə il öncə, Mədəniyyət Nazirliyinin İsmayıllı Regional Mədəniyyət İdarəsinin elan etdiyi 155 min 570 manatlıq tenderinin qalibi olub.

 

Xəyal Quliyev

Tarix: 19 Noyabr 2024, 08:13   
Избранный
53
23
pravda.az

10Источники