RU

Harri Keynə heykəl qoyuldu - FOTOlar

"Bavariya"nın və İngiltərə millisinin ulduzu Harri Keynin dörd il saxlandıqdan sonra məmləkəti Çinqfordda heykəli nəhayət üzə çıxıb.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, İngiltərə kapitanının skamyada oturduğunu əks etdirən heykəl bir neçə il idi ki, anbarda idi. Keynin sağ əlində futbol topu tutaraq skamyada oturduğunu təsvir edən heykəl 2019-cu ildə hazırlanıb.

Waltham Forest Borough Council layihəyə 7200 funt sterlinq xərcləyib.

Forvardın özü də heykəlin açılış mərasimində iştirak edib. 

Qeyd edək ki, Harri Keyn "Tottenhem"in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqustunda 100 milyon avro qarşılığında "Bavariya"ya keçib. Harrinin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Keyn "Bayern" üçün bütün yarışlarda 16 oyuna çıxıb, 17 qol və 9 məhsuldar ötürmə ilə fərqlənib.

Onu da bildirək ki, Keyn karyerası ərzində heç vaxt titul qazanmayıb.

Lalə Qüdrətova
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Избранный
10
milli.az

1Источники