RU

Millətlər Liqası: Azərbaycan millisi son oyuna çıxır

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün sonuncu oyununa çıxacaq.
 Tribunainfo.az xəbər verir ki, komanda C Liqasının I qrupunun matçında İsveçlə qarşılaşacaq.
Görüşün start fiti Bakı vaxtı ilə saat 23:45-də səslənəcək. Qarşılaşmanı Polşadan olan FIFA referisi Pavel Raçkovski idarə edəcək.
Azərbaycan millisi daha əvvəl Estoniya (1:3, 0:0), Slovakiya (0:2, 1:3) və İsveç (1:3) ilə qarşılaşıb.
Qeyd edək ki, I qrupda İsveç 13 xalla liderdir. Yığmamız 1 xalla sonuncu pillədə qərarlaşıb.
Millətlər Liqası
VI tur
19 noyabr
C Liqası, I qrup
23.45 İsveç – Azərbaycan
Baş hakim: Pavel Raçkovski (Polşa).
Solna, “Friends Arena”.
Избранный
3
6
tribunainfo.az

10Источники