RU

Azərbaycan millisi İsveçdə sonuncu sınağına çıxır

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində bu gün sonuncu oyununa çıxacaq.

Ucnoqta.az xəbər verir ki, komanda C Liqasının I qrupunun matçında İsveçlə qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Qarşılaşmanı Polşadan olan FIFA referisi Pavel Raçkovski idarə edəcək.

Azərbaycan millisi daha əvvəl keçirdiyi bütün oyunlarda məğlub olub. İsveç (1:3), Slovakiya (0:2, 1:3) və Estoniya (1:3, 0:0).

Qeyd edək ki, İsveç 13 xalla qrup lideridir. Azərbaycan millisi 1 xalla sonuncu pillədədir.

Millətlər Liqası

VI tur

19 noyabr

C Liqası, I qrup

23.45 İsveç - Azərbaycan

Baş hakim: Pavel Raçkovski (Polşa).

Solna, "Friends Arena".

Избранный
1
9
ucnoqta.az

10Источники