RU

COP for Hope: İqlim dəyişikliyinə qarşı mübarizədə şirkətlər, sektorlar və partiyalar birgə səylərini nümayiş etdirməlidir - Yaponiyalı jurnalist

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz Yaponiyadan olan müstəqiljurnalist Satoru Mizugiçidir.

Müsahib Trend-ə açıqlamasında bildirib ki, iqlim dəyişikliyinə qarşımübarizəni təşviq etmək üçün şirkətlər, sektorlar və partiyalarbirgə səylərini nümayiş etdirməlidirlər. O, COP29 danışıqlarınıaraşdırdığını və mövzusunun "davamlı örtük" olduğunu qeyd edib:"İqlim dəyişikliyinə qarşı mübarizəni təşviq etmək üçün şirkətlər,sektorlar və partiyalar birgə səylərini nümayiş etdirməlidirlər.COP29 bunun üçün əla fürsətdir. Bildiyiniz kimi, dünyada temperaturyüksəlməyə davam edir. Buna görə də vaxt itirmədən temperaturunnormallaşdırılması, iqlim dəyişikliyinə qarşı ciddi addımlaratılmalıdır".

"Məlumdur ki, COP29-un əsas və ən həlledici mövzusu maliyyə,puldur. Burada tərəfdaş ölkələr yumşaldılma və uyğunlaşmaları həlletmək üçün maliyyə vəsaitlərini necə genişləndirmə imkanlarınımüzakirə edirlər", - o vurğulayıb.

Jurnalist əlavə edib ki, dünyamız naminə hər kəs birgəsəriştəlilik nümayiş etdirmlidir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
12
2
az.trend.az

3Источники