RU

Almaniya rəsmisi: "İqlim dəyişikliyi daha çox su və qidaya təsir edir"

Dünyada su və qida iqlim dəyişikliyindən daha çox təsirə məruz qalır.

"Cebheinfo.az" xəbər verir ki, bunu Almaniyanın Federal Ərzaq və Kənd Təsərrüfatı Nazirliyinin Parlament Dövlət Katibi Klaudia Müller COP29 çərçivəsində təşkil olunmuş "Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün işə salınması: fermerlərin iqlim dəyişikliyinə qarşı dayanıqlığının artırılması üçün imkanların genişləndirilməsi" adlı tədbirdə bildirib.

"İqlim dəyişikliyi ilə mübarizədə geniş məlumatlılığa ehtiyac var. Biz bir birimizdən öyrənməliyik ki, dünyada qida zəncirini daha güclü edək. Azərbaycanın iqlim təşəbbüsünü alqışlayır, xüsusilə ərzaq, kənd təsərrüfatı və su əlaqəsini COP29 çərçivəsində fəaliyyət gündəliyinə inteqrasiya etməsi faktını yüksək qiymətləndiririk", - deyə o qeyd edib.

"Cebheinfo.az"

Избранный
19
cebheinfo.az

1Источники