RU

400 min manatlıq şirkət bağlandı

"Salyan Nəqliyyat” ASC ləğv olunub. 

Bununla bağlı qərar ASC səhmdarları noyabrın 12-də keçirdikləri növbədənkənar ümumi yığıncaqda qərar qəbul edib. 

Bununla əlaqədar olaraq "Salyan Nəqliyyat” ASC-nin kreditorları 2025-ci il yanvarın 25-nə kimi cəmiyyətin təsviyəçisinə (əlaqə nömrəsi–050-213-26-29) müraciət edə bilərlər. 

"Salyan Nəqliyyat” ASC-nin təsviyəçisi Fazil Ləzgiyevdir. 

Qeyd edək ki, "Salyan Nəqliyyat” ASC 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi İsmayılov Elşad Seyfulla oğlu, nizamnamə kapitalı 399 160 manatdır.//İqtisadiyyat.az 

Избранный
13
11
news365.az

10Источники