Son bir ildə Livanda 210-dan çox tibb işçisi ölüb – BMT
2023-cü ilin oktyabr ayından bəri Livanda ən azı 212 tibb işçisi dünyasını dəyişib. Yeniavaz.com xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin Livandakı vəziyyətlə bağlı hesabatında qeyd edilib. “2023-cü ilin oktyabr ayından bəri tibb müəssisələrinə 136 hücum olub, nəticədə 212 tibb işçisi həlak olub”, - sənəddə bildirilib. Hesabata görə, hücumlar nəticəsində Livanın 178 səhiyyə müəssisəsindən 21-i fəaliyyətini dayandırmaq və ya məhdudlaşdırmaq məcburiyyətində qalıb. Qeyd edək ki, 23 sentyabr 2024-cü ildə İsrail Livanda “Hizbullah” təşkilatına qarşı “Şimalın Oxları” əməliyyatına başlayıb və bu əməliyyat zamanı onun hərbi hədəflərinə kütləvi zərbələr endirib.