RU

Növbəti il 56 publik hüquqi şəxsə dövlət sifarişləri üçün 1,1 mlrd. manat ayrılması proqnozlaşdırılır

Növbəti ilin dövlət büdcəsindən 56 publik hüquqi şəxsə (PHŞ) dövlət sifarişləri üçün 1,1 mlrd. manat nəzərdə tutulur ki, bu da 2024-cü ilin gözlənilən icrası ilə müqayisədə 111,9 mln. manat və ya 11,2% çoxdur.

APA-Economics”in xəbərinə görə, bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Qeyd edilib ki, PHŞ-lərə dövlət sifarişi ilə yanaşı, digər istiqamətlər üzrə də vəsait yönəldilir və ayrılan vəsaitin büdcə xərclərində payı əhəmiyyətlidir (2023-cü ildə dövlət büdcəsi xərclərinin təqribən 5-də 1-dən çox hissəsi). 2025-ci ildə də dövlət müəssisələrinə subsidiya ayrılmasının davam etdirilməsi proqnozlaşdırılır. Layihəyə əsasən, bu istiqamət üzrə bölgüsü əvvəlcədən müəyyən edilmiş xərclərin məbləği 403,5 mln. manat olmaqla, əvvəlki ilə nisbətən azalma ilə proqnozlaşdırılsa da, icra prosesində bölüşdürüləcək xərclər hesabına dövlət müəssisələrinə ayrılacaq vəsaitlərin daha çox olacağı ehtimal edilir. İstər PHŞ-lərə, istərsə də dövlət müəssisələrinə ayrılan vəsaitlərin icrası əsasən xəzinədənkənar hesablar vasitəsilə həyata keçirilir. Xəzinədənkənar əməliyyatların artması isə xərc öhdəliklərinin icrasının izlənilməsi imkanlarını məhdudlaşdırmaqla, bu vəsaitlərin dövlət nəzarətindən kənarda qalması ilə nəticələnir. Hesablama Palatası tərəfindən aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirlərinin nəticələrinə əsasən bəzi hallarda ayrılmış vəsaitlər uzun müddət müvafiq müəssisələrin bank hesablarında qalır ki, bu da resurs çatışmazlığı ilə bağlı riskləri formalaşdıra bilər.

Избранный
40
1
apa.az

2Источники