RU

“Fermerlərə beşillik dəstək təmin olunacaq" – NAZİR

Xəbər verdiyimiz kimi COP29-un Azərbaycan pavilyonunda bir çox ölkənin nazirləri bir araya gəlib.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov çıxış edib. O, fermerlərə dəstək vermək üçün yaradılan şəraitdən danışıb.

"Fermerləri, xüsusən də kiçik təsərrüfat sahiblərini dəstəkləmək üçün biz möhkəm maliyyə mexanizmləri və stimullaşdırıcı proqramlar hazırlamışıq. Subsidiya proqramları, aşağı faizli kreditlər və investisiya qrantları fermerlərə, xüsusən qadın fermerlərə və gənclərə iqlimə davamlı təcrübələrə keçid etməyə imkan yaradır".

Nazir bildirib ki, beynəlxalq kənd tədərrüfatı metodologiyalarına və yanaşmalarına uyğun yaşıl maliyyə alətləri təqdim edilib.

"Son təşəbbüslərimizdən biri külək maneələrinin qorunması üçün subsidiya proqramıdır. Külək maneələrinin külək eroziyasını azaltdığı, torpaq nəmini artırdığı və iqlim dəyişkənliyindən məhsulları qoruduğu sübut edilib. Bu subsidiya proqramı vasitəsilə biz fermerlərə öz torpaqlarında birbaşa dayanıqlılıq qurmaq üçün praktik həllər təqdim edirik. Üstəlik, bu, yalnız bir dəfəlik ödənişlə məhdudlaşmayacaq, hər yeni başlanğıc üçün beşillik dəstək təmin olunacaq".

Nuray, Bizim.Media

Избранный
61
50
bizim.media

10Источники