RU

Bu addım Avropanın Rusiya qorxusunu aradan qaldıra bilər- ŞƏRH

“Qərbin Rusiya ərazisinə öz raketləri ilə zərbə endirməsinə Ukrayna ordusuna razılıq verməsi bu müharibənin yeni mərhələyə keçdiyini işarə edir. Rusiyanın bu hücumları NATO-nun Rusiyaya hərbi müdaxiləsi kimi dəyərləndirəcəyi fonunda Qərbin buna getməsi onu göstərir ki, onlar da müharibənin daha da genişlənməsində maraqlıdırlar, ya da Rusiyanın buna ciddi cavab, yəni nüvə silahı ilə cavab verməyəcəyindən əmindirlər”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Onun sözlərinə görə, Rusiya iki aydan sonra Trampın hakimiyyətə gəlməsi ilə müharibənin öz xeyrinə dəyişəcəyindən əmin olduğundan indi endiriləcək raket zərbələrinə Üçüncü Dünya Müharibəsinə səbəb olacaq şəkildə cavab verməz:

“Ona görə iki ay da dözə bilər. Amma bu iki çox həlledici ola bilər. Məsələ ondadır ki, Rusiya ərazisinə Qərb silahları ilə elə zərbələr endirilə bilər ki, Rusiya bundan sonra hərbi sənaye kompleksi və ordusunu bir daha ayağa qaldıra bilməz. Bu da elə məğlubiyyətə bərabər hal olar. Ona görə də vurulacaq zərbələrin xarakteri çox şeyi dəyişə bilər, xüsusən də, Avropanın Rusiya qorxusunu aradan qaldıra bilər”.

//Gülnarə Abasova, Editor.az

 

Избранный
17
editor.az

1Источники