RU

Bu il Azərbaycanda 40 mindən çox əlillik təyinatı aparılıb

 

Bu il Azərbaycanda 40 mindən çox əlillik təyinatı aparılıb.

Missiya.Az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə gələn ilin büdcə zərfinin müzakirəsi zamanı səsləndirilən suallara cavabında deyib.

Onun sözlərinə görə, bunun da yarısı təkrar, yarısı da ilkin təyinat olub:

"Qanunla nəzərdə tutulmadığı təqdirdə heç kimə əlillik təyin edilmir. Əgər kimin haqqıdırsa, ona da əlillik təyinatı aparılır. 207 mindən çox saxta əlillik təyinatı ilə bağlı dövlət vəsaitini mənimsəmək faktının qarşısı alınıb".

S.Babayev bildirib ki, özünüməşğulluq proqramı son altı il ərzində beş dəfə artırılıb:

“Bu proqram hər il 15-16 min ailəni əhatə edir. Onun da yarısı İşsizlikdən Sığorta Fondu, yarısı da Dünya Bankının vəsaiti hesabına maliyyələşir. Növbəti il üçün 100 min ailənin özünüməşğulluq proqramına cəlbi nəzərdə tutulur. Bundan başqa, 16 min şəhid ailəsinə mənzil, 7 mindən çox müharibə əlilinə isə avtomobil təqdim olunub”.

Nazir həmçinin vurğulayıb ki, keçən il 9 min müdavim, bu il isə 15 min müdavim peşə hazırlığına cəlb olunub:

“İxtisaslı peşə və sərişətli şəxslərin əmək bazarına cəlb olunması əsas məqsəddir. Biliyi olmayan və tələblərə cavab verməyən çoxlu sayda insan əmək bazarına daxil olur və onların təkrar biliyə yiyələnməsi üçün lazımi addımlar atılır”.

Избранный
18
11
missiya.az

10Источники