RU

Azərbaycan ölkələri 2025-ci ilə qədər öz Milli Uyğunlaşma Planlarını təqdim etməyə çağırıb

Bakı. Trend:

Azərbaycan bu ayın əvvəlində özünün Milli Uyğunlaşma Planınıtəqdim edib.

Trend xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini,COP29 baş danışıqçısı Yalçın Rəfiyev “COP29-da uyğunlaşmafəaliyyətinin sürətləndirilməsi: milli uyğunlaşma planlarınınformalaşdırılması və həyata keçirilməsi üzrə irəliləyiş” adlıiclasda çıxışı zamanı deyib.

O, ölkələri 2025-ci ilə qədər öz MUP-larını təqdim etməyəçağırıb.

“Bu, bizə 2030-cu ilə kimi onların həyata keçirilməsindəirəliləyişə nail olmağa imkan verəcək. Bu planlar ən yaxşıtəcrübəni necə paylaşdığımıza, texnologiyanın ötürülməsinə vəbir-birimizin ambisiyalarına necə dəstək olacağımıza yolgöstərəcək”, - deyə Yalçın Rəfiyev əlavə edib.

Onun sözlərinə görə, uyğunlaşma indi hər zamankından daha çoxsiyasi iradəyə ehtiyac duyur.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
10
3
az.trend.az

10Источники