RU

Nazir müavini: Fermerlərimizi dəstəkləyə bilən güclü iqlim maliyyələşdirmə sistemi yaratmaq istəyirik

İqlim maliyyələşdirilməsi təkcə pul deyil, həm də xalqımız üçün ərzaq təhlükəsizliyini təmin etmək və kənd icmaları üçün daha yaxşı imkanlar yaratmaq deməkdir.

APA xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən “kənd təsərrüfatı sisteminin transformasiyasının maliyyələşdirilməsi” mövzusunda keçirilən tədbirdə kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov deyib.

“Biz başa düşürük ki, yalnız maliyyələşdirmə kifayət deyil. Bizə tərəfdaşlıqlar, bilik və ortaq öhdəlik lazımdır. Beynəlxalq tərəfdaşlarla birlikdə, fermerlərimizi həqiqətən dəstəkləyə bilən güclü bir iqlim maliyyələşdirmə sistemi yaratmaq istəyirik. Milli siyasətimizi qlobal iqlim maliyyə mexanizmləri ilə uyğunlaşdıraraq, fermerlərimizin iqlim adaptasiya ehtiyaclarını qarşılamaq üçün həm dövlət, həm də özəl kapitalı səfərbər edə bilərik”- nazir müavini əlavə edib.

Избранный
16
apa.az

1Источники