RU

Azərbaycanın U-17 millisi Rumıniya ilə heç-heçə etdi

style='margin-bottom:10px;'>

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

QOL.az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu komanda 3-cü matçında Rumıniya ilə üz-üzə gəlib.

Rumıniyanın Buftya şəhərində keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

U-17 millimiz daha əvvəl Yunanıstana 0:3, Macarıstana isə 0:4 hesabı ilə məğlub olub.

Bu nəticədən sonra Rumıniya 2 xalla qrupda 3-cüdür.Azərbaycan millisi isə 1 xalla sonuncu yerdədir. 

19 noyabr

Avro-2025-in seçmə mərhələsi

14:00. Azərbaycan (U-17) - Rumıniya (U-17) - 1:1

Qollar: Rares Koman, 40 (0:1), Əlibəy Mahmudov, 82 (1:1)

Rumıniya Milli Futbol Mərkəzinin stadionu

Xallar: Yunanıstan - 6, Macarıstan - 4, Rumıniya - 2, Azərbaycan - 1.

Избранный
2
4
teleqraf.com

5Источники