RU

Azərbaycanda ailələrin aylıq xərci nə qədər olub? - Bu il 134 manat artıb

2024-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda yaşayan insanların adambaşına düşən xərci 592,3 manat olub.

 

Sfera.az rəsmi dövlət statistikasına istinadən xəbər verir ki, son 10 ayda əhali ərzağa, qeyri-ərzağa və pullu xidmətlərə 60,4 milyard manat xərcləyib.

 

Bu məbləğin ayda adambaşına düşən hissəsi 592,3 manatdır. Ölkəmizdə ev təsərrüfatlarının (əsasən bir ailədən ibarətdir - red.) ölçüsünün 4,23 nəfər olduğunu nəzərə alsaq, bəlli olur ki, bu il bir ailənin aylıq xərci 2505 manat olub.

 

Ötən il ailələrin aylıq xərci 2 371 manat olmuşdu. Bu il aylıq xərclərdə 134 manat artım qeydə alınıb.

 

Vasif

Избранный
19
sfera.az

1Источники