RU

Azərbaycanın U-17 millisi Rumıniya ilə heç-heçə etdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsindəki üçüncü matçına çıxıb.

Fanat.Az xəbər verir ki, İlham Yadullayevin baş məşqçisi olduğu kollektiv Rumıniya ilə qarşılaşıb.

Rumıniyanın Buftya şəhərində təşkil olunan görüş 1:1 hesablı bərabərliklə başa çatıb.Təmsilçimizin qoluna matçın 82-ci dəqiqəsində Əlibəy Mahmudov imza atıb.

Qeyd edək ki, U-17 daha əvvəl Yunanıstana 0:3, Macarıstana isə 0:4 hesabı ilə uduzub.

Избранный
36
fanat.az

1Источники