RU

Emin Əmrullayev Dünya Bankının Təhsil üzrə Qlobal Direktoru ilə görüşüb

Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Dünya Bankının Təhsil üzrə Qlobal Direktoru Luis Benveniste ilə görüşüb.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, görüş çərçivəsində Dünya Bankı ilə ikitərəfli əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Qeyd edək ki, Luis Benveniste noyabrın 18-də COP29 çərçivəsində təhsil üzrə keçirilmiş yüksək səviyyəli panellərdə də iştirak edib.

Emin Emin Emin
Избранный
26
4
apa.az

6Источники