RU

İranın XİN rəhbəri də müharibəyə hazır olmağa çağırdı

İranın xarici işlər naziri Abbas Əraqçı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı ilə görüşdə düşmənə gücünü göstərmək üçün böyük silahlı münaqişənin mümkün başlanğıcına hazırlaşmağa çağırıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

 

Əraqçı bildirib ki, müharibəyə hazır olmaq onun baş verməsinin qarşısını alır.

 

"Əgər siz onun başlanmasının qarşısını almaq istəyirsinizsə, öz gücünüzü göstərməli və müharibəyə, müdafiəyə hazır olduğunuzu bəyan etməlisiniz. Bu, müharibənin qarşısını alacaq. Əgər siz qarşıdurmaya hazır olmadığınızı göstərərək ən kiçik zəiflik nümayiş etdirsəniz, siz müharibəyə vadar ediləcəksiniz", - deyə İran XİN rəhbəri əlavə edib.

Избранный
24
6
senzor.az

8Источники