RU

“Bakının memarlığını çox bəyəndim”- Malidən gələn qonaq

“COP29 konfransına gələnlərin yeganə məqsədi iqlim dəyişikliyi ilə mübarizə aparmaqda qətiyyətli olmalarıdır”.

Malidən gələn Fatim Helene Traore ölkəsinə texnologiya transferi edilməsini istəyir. O, konfransla bağlı gözləntilərini Bizim.Media-ya danışıb:

"Ən çox inkişaf etmiş ölkələrdən ən az inkişaf etmiş ölkələrə texnologiya və biliklərin ötürülməsi ilə bağlı daha çox vəsait ayrılmasını gözləyirik ki, öz ölkəmizdə iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün lazım olan hər şeyə sahib olaq. Keçən il Dubayda, zərərlər və itkilər fondunun yaradılması üçün razılıq əldə etmişdik. Bu yeni bir fonddur və bütün ölkələrin bu fonda vəsait yatırmasını gözləyirik ki, iqlim dəyişikliyinə qarşı mübarizə aparmaq üçün maliyyələşmə əldə edə bilək".

O, iqlim dəyişikliyinin ölkəsinə vurduğu ziyanlara da toxunub.

"Malidə bu il icmalar üçün xüsusilə çətin keçdi, çünki çoxlu yağış yağdı. Bu yağışlar kasıblara böyük ziyan vurdu. Buna görə məktəblərin, yaşayış evlərinin, həmçinin zədələnmiş əkin sahələrinin yenidən qurulması üçün daha çox maliyyəyə ehtiyacımız var".

Malidən olan qonaq konfransda razılıq əldə etməyin çətin olduğunu vurğulayıb:


"Amma bu dəfə danışıqlar çox çətindir. Mən bir çox məsələləri izləyirəm, çünki nümayəndə heyətindəyəm. Bəziləri uyğunlaşma, bəziləri isə gender məsələləri üzərində işləyir. Mən texnologiya transferi ilə məşğulam. Amma danışıqlar otağında bütün ölkələr arasında razılıq əldə etmək çox çətindir. Həftənin sonunda nə baş verəcəyini bilmirəm. Ümid edirəm ki, hamımız müzakirə etdiyimiz məsələlər üzrə razılığa gələ biləcəyik".

Fatim Helene Traore Azərbaycan haqqında da təəssüratlarını bildirib:

"Çox təəccübləndim. Düşünürdüm ki, bura inkişaf etmiş ölkə deyil. Amma Bakını görəndə yanıldığımı hiss etdim. Ən çox xoşuma gələn isə sizin öz istehlakınızı özünüz təmin etməyinizdir. Bütün məhsulları özünüz istehsal edirsiniz, öz məhsullarınızı alırsınız. Bir ölkənin irəliləməsi üçün bu, çox vacibdir. Bakının memarlığını da çox bəyəndim və şəhərin hər yerini gəzmək üçün səbirsizlənirəm".

Nuray, Bizim.Media

Избранный
102
50
bizim.media

10Источники