RU

Müharibə veteranlarına verilən müavinət 200 manat ARTIRILACAQ?

2025-ci ilin dövlət büdcəsində sosialyönlü xərclər üçün 16 milyard 909,7 milyon manat ayrılması planlaşdırılır.

Publika.az xəbər verir ki, bu göstərici büdcənin sosial sferaya verdiyi önəmin davamlı olaraq artırıldığını göstərir. Ayrılan vəsait əsasən cəmiyyətin sosial müdafiəsini gücləndirmək və vətəndaşların rifahını təmin etmək məqsədinə xidmət edəcək.

Bu sosial xərclər əhalinin əsas ehtiyaclarının qarşılanmasına xidmət edəcək və ölkədə sosial rifahı daha da yaxşılaşdıracaq. Belə yanaşma dövlətin sosial məsuliyyətinin gücləndirilməsinə dair strateji məqsədin davamlı şəkildə həyata keçirildiyini nümayiş etdirir.

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Hüquq siyasət və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələlərinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı bildirib ki: “Veteran pulu" heç olmasa 20-30 manat qaldırılsın:

“Biz 80 manatı o zaman onların kommunal xidmətlərinə uyğun olaraq vermişdik. Axı indi su, qaz, işıq pulları qalxıb. Metro və avtobus qiymətləri də qalxıb”, - o deyib.

Ombudsman Səbinə Əliyeva da "Veteran pulu"nun artırılması təklifi ilə çıxış edərək müharibə veteranlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün məbləği artırılmalıdır”, – deyə bildirib.

Maraqlıdır, müharibə veteranlarına verilən 80 manat nə qədər artırıla bilər?

Избранный
35
1
publika.az

2Источники