Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Dünya Bankının təhsil üzrə qlobal direktoru Luis Benveniste ilə görüşüb.
Elm və Təhsil Nazirliyindən Bizim.Media-ya bildirilib ki, görüş çərçivəsində Dünya Bankı ilə ikitərəfli əməkdaşlıq və inkişaf perspektivləri müzakirə edilib.
Xatırladaq ki, Luis Benveniste noyabrın 18-də COP29 çərçivəsində təhsil üzrə keçirilmiş yüksəksəviyyəli panellərdə də iştirak edib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта