RU

Şolts beynəlxalq münasibətlərdə getdikcə “sərtləşən külək”dən danışdı

Almaniya kansleri Olaf Şolts bildirib ki, beynəlxalq münasibətlərdə küləklər getdikcə sərtləşir.

Editor.az bu barədə Reuters-ə istinadla xəbər verir. Kansler Braziliyada keçirilən G20 sammitində qəbul edilmiş yekun bəyannamə ilə bağlı fikirlərini belə ifadə edib. Şolts sənəddə İsrailin özünümüdafiə hüququ və Yaxın Şərqdə gərginliyin artmasına görə Həmas-ın məsuliyyəti ilə bağlı mövqelərin açıq şəkildə ifadə edilməməsindən təəssüfləndiyini bildirib. Kansler yekun bəyanatın Rusiyanın Ukrayna münaqişəsindəki rolunu adekvat şəkildə əks etdirməməsindən də narazılığını bildirib. Şolts sammitin yekun tədbirlərindən birində deyib: “Geosiyasi gərginliyin də G20-yə nə dərəcədə təsir etdiyi bəlli olur”.

Qeyd edək ki, G20 sammiti noyabrın 18-dən 19-dək Rio-de-Janeyroda baş tutub. G20-də 19 ölkə var: Rusiya, Avstraliya, Argentina, Braziliya, İngiltərə, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, Cənubi Koreya, Cənubi Afrika, Yaponiya və Avropa Birlik və Afrika Birliyi.

Rio-de-Janeyroda keçirilən G20 sammiti zamanı Fransa prezidenti Emmanuel Makron Rusiyanı Ukraynadakı münaqişənin “kollektiv deeskalasiyasında” iştirak etməyə çağırıb. O, BMT Nizamnaməsinin prinsiplərinə hörmət edilməli olduğunu vurğulayıb və Rusiya prezidenti Vladimir Putini “sağ düşüncədən istifadə etməyə” çağırıb.

//Gülnarə Abasova, Editor.az

Избранный
16
editor.az

1Источники