RU

Gələn il ictimai nəqliyyatla bağlı hansı yeniliklər TƏTBİQ OLUNACAQ?

Gələn il büdcədən ictimai nəqliyyatla bağlı islahatlara 150 milyon manatın ayrılması planlaşdırılıb.

Bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə bildirilir.
Verilən məlumata görə, 2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən hüquqi şəxslərə digər subsidiyalar üzrə 298,6 milyon manat artım nəzərdə tutulur.

Bəs, bu subsidiya ictimai nəqliyyatda nələri dəyişdirə bilər?

Suala nəqliyyat məsələləri üzr ekspert Yasin Mustafa aydınlıq gətirib. O, açıqlamasında bildirib ki, hələlik bu layihədir:

“Bu sahəyə ayrılacaq vəsaitin dəqiq həcmi büdcə qəbul edildikdən sonra bilinəcək. Amma unutmayaq ki, nəqliyyat sektoru hər zaman dövlət dotasiyasında olub. Əgər biz lüks xidmət istəyiriksə mütləqdir ki, bu sahəyə böyük pullar ayrılsın. Bu pullarsa ya qiymət artımından formalaşmalıdır, ya da dövlət dəstək verməlidir. Təbii ki, ictimai nəqliyyatda qiymətlərin qalxmasını heç kim istəmir. Bununla belə yeni avtobuslar alınmalıdır, xidmət daha da təkmilləşdirilməlidir. Ona görə də ikinci variantın üstündə dayanmaq daha doğru olar”.

Müsahibimiz başqa bir vacib məqama da toxunub:

“İctimai nəqliyyatın dövlət himayəsində olması məqsədəuyğun deyil. Çünki biz bazar münasibətlərini seçmişik. Biz sosializm quruluşundan ona görə imtina etdik ki, ümumiçilik hər zaman inkişafı tormozlayır. Xüsusilikidə isə inkişaf var. Çünki xüsusi mülkiyyət yerində saymağı xoşlamır, hər zaman inkişaf yolları axtarır. Sağlam rəqabət olduğu zamansa inkişaf qaçılmaz olur. Bu mənada, avtonəqliyyatın yenidən dövlət nəzarətinə verilməsi arzulanan deyil.

Amma dövlətin məqsədyönlü yardımı bu sahənin inkişafına çox güclü təsir edə bilər. Ona görə də 2025-ci ilin büdcə layihəsində nəzərdə tutulan yardımlardan səmərəli istifadə çox şeyi dəyişə bilər”.

(bizim.media)

Избранный
6
2
avtosfer.az

3Источники