RU

Yaxın 5-7 ildə şəhər əhalisinin sayı...

"2050-ci ilə qədər dünyada şəhər əhalisinin xüsusi çəkisinin indiki 50 %-dən 70 %-ə çatacağı proqnozlaşdırılır".

Publika.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev tədbir çərçivəsində təşkil olunmuş çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyəti üzrə yüksək səviyyəli açılışda bildirib:

"Yaxın 5-7 ildə şəhər əhalisinin sayının 500 milyon nəfərdən çox artacağı gözlənilir. Bu da öz növbəsində şəhər infrastrukturuna, o cümlədən elektrik enerjisi, su və kanalizasiya təchizatına, nəqliyyat sektoruna daha da böyük təzyiq göstərəcək. Hazırda şəhərlər qlobal CO2 emissiyalarının 70%-dən çoxuna məsuldur".

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev isə bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) COP29 çərçivəsində Şəhərsalma Günü təşkil etməklə urbanizasiya və iqlim dəyişikliyinin kəsişməsində duran ən aktual məsələlərin müzakirəsi üçün açıq və konstruktiv dialoq imkanı yaradıb:

Избранный
13
2
publika.az

9Источники