RU

Sloveniya iqlim dəyişikliklərinə qarşı mübarizə üçün maliyyələşməni artırmağı öhdəsinə götürür – Nazir

Sloveniya iqlim dəyişikliklərinə qarşı mübarizə üçün maliyyələşməni artırır və bu sahədə tədbirləri gücləndirir.

Olaylar xəbər verir ki, bu barədə Sloveniyanın ətraf mühit, iqlim və enerji naziri Boyan Kumer COP29 çərçivəsində Bakıda milli bəyanatı ilə çıxışı zamanı bildirib.

B.Kumer qlobal miqyasda iqlim dəyişikliklərinin artan intensivliyi və tezliyini vurğulaıb.

"Artıq qəti tədbirləri təxirə sala bilmərik. Bu onillik həlledici əhəmiyyət kəsb edir. Biz sürətlə emissiyaları azaltmalıyıq", - o qeyd edib.

Nazir Qlobal İnventarizasiyanın Nailiyyətlərini yüksək qiymətləndirərək, onu "vacib bir mərhələ" və gələcək tədbirlər üçün rəhbər adlandırıb. O, elmi əsaslı çoxtərəfli yanaşmaların əhəmiyyətinə və keçən il qəbul edilmiş qərarların, o cümlədən enerji paketi ilə bağlı qərarların icrasının zəruriliyinə diqqət çəkib.

B.Kumer həmçinin, qalıq yanacaqlardan imtina və onların subsidiyalarının yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıb.

"Sloveniya hərəkət edir", - deyə o bildirib.

Ölkə 2050-ci ilə qədər iqlim neytrallığına nail olmağı hədəfləyir və bu məqsədə daha erkən çatmaq imkanını da nəzərdən keçirir.

Nazir Sloveniya üçün ilk milli iqlim qanununun hazırlanmaqda olduğunu və bunun iqlim tədbirlərinin gücləndirilməsi üçün etibarlı hüquqi əsas yaradacağını qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
7
1
olaylar.az

2Источники