RU

Britaniyanın Ukrayna planı açıqlanıb: Storm Shadow-dan istifadəyə icazə veriləcək?

KİV-də ABŞ-ın Ukraynaya Rusiyadakı hədəflərə qarşı uzaqmənzilli ATACMS raketlərindən istifadə etməsinə icazə verdiyinin görünməsi Böyük Britaniyanın baş naziri Kir Starmeri "Storm Shadow" raketləri ilə bağlı mövqeyini səsləndirməyə məcbur edib...

Poliqon The Times-a istinadən xəbər verir ki, Starmerin köməkçiləri əvvəlcə Ağ Evdən rəsmi təsdiqin olmamasından istifadə edərək Britaniyanın niyyətləri haqqında mümkün qədər az danışmaqda israr ediblər. Onlar təkid ediblər ki, ABŞ-ın qərarının "Storm Shadow" raketlərinə aidiyyatı yoxdur, çünki onlar ATACMS sistemi ilə müqayisədə fərqli spesifikasiyaya malikdirlər.

"Özəl olaraq, yüksək səviyyəli hökumət mənbəsi Kir Starmerin mövqeyinin həqiqətən sadə olduğunu söylədi: O, Ukraynaya özünümüdafiə üçün lazım bildiyi kimi silahlarından istifadə etməyə icazə vermək istəyir. Pərdəarxası Böyük Britaniya bir neçə aydır ki, bu məsələdə ABŞ-a təzyiq edir", deyə nəşr yazıb.

The Times yazır ki, eyni zamanda, ABŞ əvvəlcə Rusiyaya qarşı zərbələrdə "Storm Shadow" raketləri üçün texnologiyasından istifadə etməyə icazə verməyiv, çünki onlar münaqişənin daha da genişlənməsindən narahat imiş.

Xarici İşlər Nazirliyindəki mənbənin sözlərinə görə, dönüş nöqtəsi Rusiyanın Şimali Koreya əsgərlərini ciddi eskalasiya kimi qiymətləndirilən münaqişəyə sürükləməsi zamanı baş verib.

Böyük Britaniyanın əvvəlki yanaşması Putinə strateji üstünlük verməmək üçün "Storm Shadow"unun döyüş meydanında yerləşdirildikdən sonra onların yerləşdirilməsini elan etmək olub.

Bununla belə, Starmer daha sonra məsələyəehtiyatla yanaşmağa başlayıb və eyham vurub ki, "Storm Shadow" raketlərinin Ukraynada istifadə oluna bilməsi an məsələsidir.

"Biz əmin olmalıyıq ki, Ukrayna bu müharibədə qalib gəlmək üçün lazım olan hər şeyə malik olsun. Ancaq əməliyyat məsələlərinə girmək fikrində deyiləm, çünki bunu etsəm, yalnız bir qalib var o da Putindir", deyə bildirib.

Yüksək rütbəli hökumət mənbələri Starmerin yenidən ifadəsinin qəsdən olduğunu söyləyib və amerikalıların "Storm Shadow"dan istifadə etməsinə dair əvvəlki etirazların aradan qaldırıldığını bildirib.

Poliqon.info

Избранный
21
poliqon.info

1Источники