RU

COP29 əvvəlki COP tədbirlərindən daha yaxşı təşkil olunub - İsrail nümayəndəsi

COP29 çərçivəsində Trend BİA "COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz İsrailin "Climate Tech Propel” təşkilatının rəhbəri Reyçel Barrdır.

O, Trend-ə açıqlamasında bildirib ki, COP29-un təşkilatçılığı möhtəşəmdir.

Reyçel Barr qeyd edib ki, o bir çox COP tədbirində iştirak edib, amma Bakıdakı əvvəlkilərdən daha yaxşı təşkil olunub.

"İqlim problemini həll etmək mümkündür, buna görə də bütün dünya burada toplaşıb. COP29 bəşəriyyətə ümid mesajıdır. Məncə, əsas element neft və qaz hasilatı zamanı yaranan emissiyalara diqqət yetirməkdir. Neft-qaz sənayesinin hazırda məşəllərdə yandırılan metan emissiyalarını azaltmaqla gəlirlərini artırmaq üçün böyük potensialı var. Metanı satmaq olar. Bunun vaxtı çatıb", - deyə o qeyd edib.

Azərbaycana ilk dəfə səfər edən Reyçel Barr ölkənin gözəlliyindən təsirləndiyini vurğulayıb.

"Burada gözəl arxitektura və təbii resurslar var. Biz Yanardağ və Atəşgah məbədi kimi yerlərə baş çəkdik. Bu, möhtəşəm idi. Həmçinin Qobustanda palçıq vulkanlarını ziyarət etdik – bu da inanılmaz təcrübə idi. Ölkə çox qonaqpərvərdir, yeməkləri isə dadlıdır. Hər kəsə çox təşəkkür edirəm!", - deyə o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
2
2
qaynarinfo.az

3Источники