RU

Maliyyə Nazirliyi vergi güzəştlərinin səmərəliliyini qiymətləndirib

Azərbaycanda tətbiq edilən vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı müzakirələrə ehtiyac var.

APA xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deputat Tahir Mirkişili deyib.

Deputat bildirib ki, Azərbaycanda güzəştlər daha çox sosial xarakter daşıyır: "Amma bunların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi ilə bağlı ayrıca müzakirəyə ehtiyac yaranacaq. Məsələn, mənfəət vergisinə tətbiq edilən güzəştlər Azərbaycanda mənfəətin həcminin artmasına hansı təsiri göstərir? Maliyyə Nazirliyindən, Dövlət Vergi Xidmətindən xahiş edirəm ki, bunun təhlili aparılaraq bizə də məlumat təqdim edilsin".

Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsinin müdiri Fikrət Şirinov isə nəzərə çatdırıb ki, artıq 2022-2023-cü il üzrə artıq Maliyyə Nazirliyi tərəfindən vergi güzəştlərinin səmərəliliyi qiymətləndirilib: "Bu güzəştlər 0,6 %-dən yuxarı olanda daha səmərəli güzəştlər kimi qiymətləndirilib: "Bu vergi güzəştlərindən səmərəsiz və az səmərəli olanlar da var. Bu gün təqdim edilən dəyişikliklərdən Dövlət Vergi Xidməti 20,9 milyon manat, Gömrük Komitəsi 2,9 milyon manat, ümumilikdə 23,8 milyon manat itki olacaq və yekunda 7,8 milyon manat gəlir əldə edilməsi proqnozlaşdırılıb”.
Избранный
19
3
sherg.az

8Источники