RU

Aparıcı efirdəki ekspertlərlə bağlı ŞOK SİRRİN ÜSTÜNÜ AÇDI – 60 faizi bunu edir…

Televiziyalarda, xüsusən sosial verilişlərdə aparılan müzakirələr zaman-zaman tamaşaçıların qınağına səbəb olur. Elə bir neçə gün öncə “Günə bu gün” verilişində aparılan müzakirə kimi…

Verilişə qonaq qismində qatılan tanınmış həkim Mirəzim Zaidov kişilərin xəyanət etməsinə haqq qazandıraraq qadınların günahkar olduğunu, onlardan qoxu gəldiyi üçün ərlərini özlərindən uzaqlaşdırdıqlarını iddia etmişdi. Bu fikirlərin ardınca deyilən sözlər isə cəmiyyətdə qınağa səbəb olmuşdu.

Bəs belə müzakirələrin efirlərdən izləyicilərə ötürülməsi, həm də bu cür qabarıq və mədəni olmayan bir tərzdə irəli sürülməsi nə dərəcədə doğrudur?

KONKRET.az xəbər verir ki, Mövzu ilə bağlı Yenisabah.az-a danışan teleaparıcı Amil Xəlil sözügedən məsələni belə şərh edib:

“Mövzu efirdirsə, qınaq birbaşa televiziyaya gəlir. Sosial mediada “bizim kanallar, bizim verilişlər” başlıqlı paylaşımlar olacaq. Gəlin, biz mövzuya başqa aspektdən yanaşaq. Araşdırıb öyrəndiklərimə əsasən, sovet dövründə bu tip məlumatları məktəblərdə keçirdilər. Əksər təhsil müəssisələrində ailə dəyərləri necə olmalıdır, xanım ərinə, əri xanıma necə davranmalıdır və s. Çox təəssüf ki, indi bunların heç biri yoxdur. Nə də biz görməmişik. Əslində, bu mövzu olmalıdır. Pis tərəfinə baxmağa öyrənmişik, bir az da müsbət tərəfinə fokuslanaq. Elə ailələr, xanımlar varsa, artıq özünə baxmağa, bu məsələyə diqqət etməyə başlayacaq. İkinci məsələyə gəldikdə isə belə mövzuların daha mədəni formada tamaşaçıya ötürülməsi yaxşı olar. Hansısa formada deyilməsi qıcıq yarada bilər, amma səliqəli bir tərzdə müzakirə etmək olar ki, xanımlar özünə baxmalıdır”.

Aparıcı sözügedən fikirlə razılaşmadığını da bildirib:

“Xəyanət məsələsinə gəldikdə isə o qədər məmurlar var ki, vəzifədədir, ancaq iki, üçüncü “arvadları” var. Üçüncülər də elə sənət adamları, müğənnilərdən olur. Sual olunur ki, niyə bəzi müğənnilər efirə bir qarış geyimdə çıxır? Səsi ilə tanınmaq istəyən normal libasda oxuyar. Bilirlər ki, yaşlı nəslin nümayəndələri onları izləyir. Ancaq onlar bunu da bilir ki, həmişə onları “ovlamaq” istəyən məmur var. Deyilirsə ki, kişilər xanımından iy gəlir deyə, əri ona xəyanət edir, bu fikir çox absurddur. Vəzifəli məmurların necə lazımdır imkanları var. Xanımları da özlərinə fikir verirlər.  Xəyanət edən şəxs üçün fərqi yoxdur. Məncə, bu problem düzgün şəkildə efirlərdə müzakirə edilərsə, faydalı olar.

Efirdə xəyanətdən danışıb qınayan ekspertlərin özü bu məsələnin pik nöqtəsindədir. Onların 60 faizi xəyanətin lap betərin edirlər. Ailələrin dağılmasına da önəm vermirlər. Lakin efirdə ailə dəyərlərindən söz açırlar. Mediasiya xidmətində 3-4 dəfə ailəsi dağılan şəxsləri işə alıb deyirlər ki, boşanmaq istəyən cütlüklərə məsləhət versin. Biz bu cəmiyyətdə yaşayırıq”.

Избранный
6
9
konkret.az

10Источники