RU

Hüquq müdafiəçisi “Neftçi” məktəbindəki rüsvayçılığı ifşa etdi

Milli futbol komandanın çox da üstünə getmək düzgün deyil. Olanımız budur. İsveç ilə oyunda aparıcı bir fikirlə sarı simə toxundu: “Hər şey sıfırdan başlamalıdır”. Düz deyir qardaş. Uşaq futbolundan başlamalıdır. Heç kəs tənqidləri demir, yazmır, hamı çıxış yolu axtarır. Uşaq Futbol Klublarında gözəl məşqçilər var. Ancaq klublara koordinatorluq edənlərə diqqət etmək lazımdır. Məşqçilər uşaq yetişdirir, di gəl ki, bu koordinatorlar savadı çatdı-çatmadı, yetişməkdə olan gənc futbolçu qalır bir yanda, öz ağlına gələn, savadsız yanaşması ilə uşaqları sındırmaqla məşqul olur.

Tribunainfo.az xəbər verir ki, bu sözləri Siyasi Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu öz Feysbuk hesabında paylaşıb. O bildirib ki, “Neftçi” FK-da uşaq futboluna koordinatorluq edən Elşad Əhmədov nə qədər yetişmiş, istedadlı futbolçuları həvəsdən salır və futboldan uzaqlaşdırmağa nail olur:

“O, “Neftçi”nin U17 yaş qrupunda güclü istedadlı uşaqları didərgin saldı klubdan. Təsəvvür edin, bu yaş qrupunu ölkə çempionu etmiş baş məşqçini sıxışdırdı, klubdan uzaqlaşdırdı. Bacarıqlı məşqçiləri bu adamın gözü götürmür. Daxili eqolu bir adam respublikanın flaqmanı “Neftçi”də padşahlıq edir. Dövlətçilik bilgisi çatmır ki, istedadlı oyunçuları qorumaq lazımdır , onlar böyüyüb yetişib millidə oynayacaqlar.
Belə mühim vəzifələrdə futbol üçün dövlətçilik naminə kadrlar test olunmalı, kontrolda saxlanılmalıdır. Dövlət büdcəsi bu qədər maaş ayırır onlara. Uşaq futbolu belələrinin hesabına yerində sayır”.

Roman

Избранный
14
tribunainfo.az

1Источники