RU

""Azəristiliktəchizat"ın əhalidən yığdığı tarif xərclərdən xeyli aşağıdır" - Nazir

"Son illərdə ildə 13 faizə qədər xərc artımına getmişik. Əsas gücümüzü qeyri-neft sektorunun üzərinə qoymuşuq. Sevindirici haldır, bu sahədən gələn gəlirlərimiz artır. Ona görə çalışmalıyıq ki, tarazlığı kəskin surətdə pozmayaq".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, "Azəristiliktəchizat"a dövlət büdcəsindən ildə 46 milyon manat vəsait ayrılır: "Bu vəsait ona görə ayrılır ki, "Azəristiliktəchizat"ın əhalidən yığdığı tarif faktiki xərclərdən xeyli aşağıdır. Burada böyük zərər əmələ gəlir. Qazanxanaların səmərəliliyi olduqca aşağıdır. Ona görə daha müasir isitmə metodlarına keçmək lazımdır. Bununla bağlı təkliflər var və hazırda işlənilir".

Anar Kəlbiyev

Избранный
13
10
unikal.az

10Источники