RU

Azərbaycan millisi antirekorda şərik olub

Azərbaycan yığması Millətlər Liqasının 2024/25 mövsümünün antirekorduna şərik olub.

İdman.biz xəbər verir ki, yığmamız qrup mərhələsində ən çox qol buraxan iki komandadan biridir.

Fernandu Santuşun yetirmələri 6 oyunda 17 top buraxıblar. Bu, Bosniya və Herseqovina ilə birlikdə turnirin antirekordudur. 3-cü ən uğursuz göstərici 16 top buraxan Polşaya məxsusdur. Qazaxıstanla Kipr hərəyə 15 qola üzülüb.

Qeyd edək ki, ən az top buraxan Şimali Makedoniya 6 görüşdə 1 dəfə qapısında qol görüb. Eyni sayda üzüntü yaşayan Moldova isə 4 matç keçirib.

İdman.biz

Избранный
66
idman.biz

1Источники