Bu il işğaldan azad edilmiş ərazilərdə beş məktəb binası istifadəyə verilib.
Modern.az xəbər verir ki, bunu Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələlərinin birgə iclası zamanı 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
"Bundan əvvəlki illərdə isə Füzuli şəhəri 1 saylı, Laçın şəhərində 2 saylı, Laçın rayonu Zabux kənd məktəbi, Talış kənd məktəbi və Zəngilan Rayon Ağalı kənd məktəbi istifadəyə verilib. 2024-cü ildə ümumilikdə ölkə ərazisində 57 təhsil müəssisində tikinti-quraşdırma işləri başlanıb, 33 məktəbdə işlər yekunlaşdırılaraq, istifadəyə verilib”, - deyə nazir qeyd edib.