RU

İranda soyunaraq etiraz edən qız həbs olunacaq?

Məcburi örtünmə və geyim qaydalarına etiraz etmək üçün soyunaraq etiraz edən iranlı tələbə qız sərbəst buraxılıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, İran rəsmiləri tələbənin ittiham olunmayacağını bildiriblər.

İran məhkəmə hakimiyyətinin sözçüsü qadının xəstəxanada müalicə olunduğunu və ailəsinə təhvil verildiyini bildirib.

Beynəlxalq Amnistiya Təşkilatı onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edənlər arasında olub.

Избранный
14
2
moderator.az

3Источники