RU

Acun Ilıcalı barədə İSTİNTAQ

Türkiyəli iş adamı, "Acun medya"nın sahibi Acun Ilıcalı barədə istintaq başladılıb.

Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.

Məlumata görə, İstanbul Baş Prokurorluğu tərəfindən Acun Ilıcalıya , onun TV8 televiziya kanalına və 'Exxen' rəqəmsal platforma rəsmilərinə qarşı qanunsuz mərc reklamları və təşviqat iddiaları ilə istintaq başladılıb.

Acun Ilıcalı başlayan müzakirələrlə bağlı açıqlama verib:

"İsrarla başa düşməyən, anlamaq istəməyən və ya təsəvvür yaratmaq istəyənlər üçün bir daha deyək. Xaricdə oynanılan matçların reklam lövhələrinin satışı ev sahibi ölkənin federasiyasına aiddir. Necə ki, Türkiyədə oynanan milli matçların reklam lövhələri Türkiyə Futbol Federasiyasına aiddir, Monteneqro- Türkiyə matçının meydançadakı reklam lövhələrinin satışı Monteneqro Futbol Federasiyası tərəfindən həyata keçirilib. TV8-in bu hadisə ilə heç bir əlaqəsi və ya əlaqəsi yoxdur".

Mina Mikayılova

Избранный
15
2
bakivaxti.az

8Источники