RU

Tam enerji müstəqilliyinə keçid milli təhlükəsizliyin artırılması üçün vacibdir – Nazir müavini

Bakı. Trend:

Litva 2050-ci ilə qədər tam enerji müstəqilliyinə nail olmağı vəölkə daxilində elektrik enerjisinin 100 faizini istehsal etməyiplanlaşdırır.

Trend xəbər verir ki, bubarədə Litvanın nəqliyyat və kommunikasiyalar nazirinin müaviniAqne Vayçükeviçüte (Agné Vaiciukevičiūtė) COP29 çərçivəsindəkeçirilən "Şəhər nəqliyyatının yaşıllaşdırılması" mövzusunda yüksəksəviyyəli dəyirmi masada bildirib.

"Bu keçid dayanıqlığın gücləndirilməsi, xarici enerjimənbələrindən asılılığın azaldılması və milli təhlükəsizliyinartırılması üçün vacibdir.

Enerji müstəqilliyi iqlim dəyişikliklərinə uyğunlaşma səyləriilə birləşir, çünki bu, dayanıqlı təcrübələri təşviq edir və bərpaolunan enerji mənbələrinə keçidi dəstəkləyir. Bu iddialı məqsədəsadiqlik enerji təhlükəsizliyi və iqlim dəyişikliyinə qarşıtədbirlərin bir-birini necə tamamladığını nümayiş etdirir və digərölkələr üçün nümunə ola bilər", — deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
19
1
az.trend.az

2Источники