RU

Acun Ilıcalı da həbs olunacaq? - Araşdırma başladı

İstanbul Respublika Prokurorluğu Acun Ilıcalı barəsində "qanunsuz mərc oyunları reklamı və təşviqi" ilə bağlı istintaq başladıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Baş Prokurorluğu Acun Ilıcalı, Tv8 televiziya kanalı və EXXEN rəqəmsal platformasının məsul şəxsləri haqqında "qanunsuz mərc oyunları reklamı və təşviqi" ilə bağlı istintaqa başlayıb. 

Qeyd edək ki, Türkiyə UEFA Millətlər B Liqasının 4-cü Qrupunun 6-cı həftəsində Monteneqro ilə qarşılaşıb və TV8-də canlı yayımlanıb. Qarşılaşma zamanı reklam lövhələrində qanunsuz mərc saytları reklam edilib.

Sosial mediada trend olan məsələ ilə bağlı açıqlama verən Acun Ilıcalı xaricdə oynanılan matçların reklam lövhələrinin satışının ev sahibi ölkəyə aid olduğunu bildirmişdi.

Nərmin
Milli.Az

Избранный
8
2
milli.az

8Источники