RU

İsrail İranın HƏMAS-a maliyyə yardımına və 7 oktyabr hücumlarına dəstəyinə aid sənədləri ələ keçirib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrail ordusu İranın son 20 ildə HƏMAS-a etdiyi maliyyə yardımlarına dair sənədləri əldə edib.
Bu barədə "Azad İran" "Telegram" kanalı "Jerusalem Post" qəzetinə istinadla xəbər verib.
Bildirilib ki, sənədlər İsrail ordusunun Qəzza zolağında keçirdiyi əməliyyatda, eləcə də müharibə zamanı əsir düşən HƏMAS döyüşçülərinin dindirilməsi zamanı ələ keçib.
Sənədlər göstərir ki, İran hökuməti HƏMAS-ın hərbi fəaliyyətinə dəstək verməklə yanaşı, digər terror təşkilatlarını da himayə edib.
Həmçinin HƏMAS-ın 2023-cü il oktyabrın 7-dəki hücumuna hazırlıq prosesində İranın əlinin olduğu müəyyən edilib.
Məlumatda İran hökumətinin 2019-cu ildə HƏMAS-ın Qəzzadakı hərbi qanadına ən azı 42 milyon dollar, 2020-ci ildə isə 12 milyon dollardan çox pul ödədiyi də ortaya çıxıb.
Избранный
10
oxu.az

1Источники