RU

"Ermənistanla yanaşı, beynəlxalq təşkilatlar da zərəri ödəməlidir" - Elşad Mirbəşiroğlu

"Ermənistan tərəfi Azərbaycan torpaqlarını işğal altında saxladığı, 30 il boyunca Azərbaycan xalqına məxsus həmin ərazilərdə tarixi, mədəni abidələri məhv etməklə yanaşı, bizim resurslarımızı da qanunsuz olaraq istismar ediblər".

Bu sözləri Redaktor.az-a sabiq deputat, siyasi ekspert Elşad Mirbəşiroğlu Azərbaycanın Ermənistanla bağlı Haaqa Məhkəməsinə müraciət etməsini şərh edərkən dedi. Onun sözlərinə görə, Azərbaycan olduqca tutarlı dəlil və sübutlara sahibdir.

"Azərbaycan tərəfi enerji sahəsində Ermənistanın Azərbaycana vurmuş olduğu zərərin ödənilməsi ilə əlaqədar Ermənistana qarşı iddia qaldırıb. Sözügedən məsələnin həlli ilə əlaqədar Arbitraj Məhkəməsi ötən ilin sentyabrında yaradılmışdır. Azərbaycan tərəfi ötən zaman ərzində dəlil və sübutları təqdim etmişdir və növbəti dəfə Azərbaycan tərəfi dəlil sübut təqdim edib. Nəzərə almaq lazımdır ki, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında olduqca böyük bərpa olunan enerji potensialı mövcuddur və Ermənistan bu enerji mənbələri üzərində Azərbaycan Respublikasının suveren hüquqlarının təmin olunmasının qarşısını alıb. Belə ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan tərəfi həmin mənbələrə, resurslara çıxış imkanına sahib olmamışdır. Məsələn, Tərtər Hidroelektrostansiyası sonra Xudafərin- Qız qalası, Cəbrayıl rayonu ərazisində hidrostansiyalar və bu mənbələrdən əldə olunan elektrik enerjisi qanunsuz olaraq Ermənistanın daxili tələbatlarının ödənilməsi üçün yönəldilmişdir. Bütün bunlar Ermənistan tərəfindən kompensasiya olunmalıdır. Azərbaycan olduqca tutarlı dəlil və sübutlara sahib olmaqla düşünürəm ki, Ermənistanı bu kompensasiyanı ödəməyə məcbur edəcəkdir. Yəni bunu bizim qaldırdığımız haqlı iddialar əsasında düşünürəm ki, Beynəlxalq Arbitraj Məhkəməsi təmin edəcəkdir. Məhkəmənin haqlı Azərbaycanın haqlı mövqelərinə uyğun qərarı olacaqsa, bu, olduqca müsbət bir presedent yaradacaq təcrübə təqdim edəcək və bu digər ölkələri də Ermənistanın atmış olduğu addımlara, bənzər addımlar atmaqdan çəkindirəcəkdir. Eyni zamanda da Azərbaycanın haqlı maraqları təmin olunmuş olacaqdır".

Bakupost.az

Ekspert qeyd etdi ki, Ermənistan təkcə enerji sahəsində deyil, digər sahələrdə də Azərbaycana zərər vurub.

"Azərbaycan digər istiqamətlərdə də öz haqlı tələblərini beynəlxalq məhkəmə instansiyalarında qoymaqda, bundan sonra da qaldırmaqdadır və qaldıracaqdır. İndi düşünürəm ki, Ermənistan Azərbaycanın tələbləri qarşısında mütləq geri çəkilməli olacaq. Azərbaycan tərəfi həm siyasi, həm diplomatik, həm də hüquqi cəhətdən kifayət qədər təsir imkanlarına sahibdir. Bu məsələnin bir tərəfi, digər tərəfi isə ondan ibarətdir ki, Azərbaycan haqlıdır və kifayət qədər tutarlı dəlil, sübutlara sahibdir və müvafiq beynəlxalq instansiyaların da aydın təsəvvürləri mövcuddur ki, Ermənistan Azərbaycan ərazilərindəki Azərbaycan xalqına, Azərbaycan dövlətinə məxsus olan resurslardan qeyri-qanuni istifadə edib, gəlirlər əldə edibdir və yaxud da ki, daxili tələbatlarını ödəyibdir. Bütün bunların hamısının miqyasını müəyyənləşdirmək indiki şərtlər dəlil və sübutların mövcudluğu fonunda rahat mümkündür və beynəlxalq hüquqi instansiyalar Azərbaycanın haqlı maraqlarını təmin etməli olacaqlar. Ayrıca olaraq nəzərə almaq lazımdır ki, bir sıra hallarda xarici ölkələrə məxsus şirkətlər də Ermənistan tərəfindən işğal altında saxlanılan Azərbaycan torpaqlarının resurslarının mənimsənilməsində iştirak ediblər və düşünürəm ki, o beynəlxalq təşkilatlar da müvafiq qaydada məsuliyyətə cəlb olunmalıdır. Onlar da əldə etdikləri gəlirlərin Azərbaycan resurslarından istifadə edərək qanunsuz əldə etdikləri gəlirlərin kompensasiyasını ödəməlidirlər.

Düşünürəm ki, bu cür beynəlxalq məhkəmə prosedurları davamlı xarakter olacaq. Çünki Ermənistan tərəfi 30 il boyunca, Azərbaycan torpaqlarını, deməli, müxtəlif istiqamətlərdə sahələrdə istismar edib. Dəymiş olan ziyanın hərtərəfli ödənilməsi üçün Ermənistan mütləq şəkildə cavabdehlik daşımalıdır və bununla bağlı da müvafiq məhkəmə qərarının olacağına heç şübhəmiz yoxdur".

Türkan İSGƏNDƏRLİ

Избранный
31
redaktor.az

1Источники