RU

Kiberhücumların qarşısını necə almalıyıq? 

Kibertəhlükəsizlik müasir dövrdə dövlətlərin, özəl sektorun və fərdi şəxslərin rəqəmsal mühitdə təhlükəsiz fəaliyyətinin əsas şərtidir. Azərbaycanda bu sahə milli təhlükəsizlik prioritetlərindən biri kimi qəbul edilib. Qeyd edək ki, dövlət və özəl sektor arasında əməkdaşlıq, müasir texnologiyaların tətbiqi və beynəlxalq təcrübənin mənimsənilməsi ölkədə kibertəhlükəsizliyin inkişafını təmin edən əsas amillərdir.

Kibertəhlükəsizlik üzrə mütəxəssis Elnur Atayev "Yeni Azərbaycan" a açıqlamasında bildirib ki, Azərbaycanda kibertəhlükəsizliyi təmin etmək üçün xüsusi hüquqi bazanın formalaşdırılması və daim təkmilləşdirilməsi davam etdirilir. O qeyd edib ki, Milli Kibertəhlükəsizlik Strategiyası (2019–2024) dövlətin bu sahədəki məqsədlərini və prioritetlərini müəyyən edir: "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanun informasiya sistemlərinin və rəqəmsal infrastrukturun qorunmasını təmin edir. Şəxsi məlumatlar haqqında qanun isə  fərdi məlumatların qorunması məqsədilə hazırlanıb".

Müasir dövrdə Azərbaycanda kibertəhlükəsizliyi təmin etmək üçün müasir texnoloji həllər geniş şəkildə tətbiq edilir. 

E. Atayev bildirib ki, dövlət və özəl sektor müxtəlif təhlükəsizlik sistemlərindən istifadə edərək rəqəmsal infrastrukturun qorunmasını və məlumatların məxfiliyini təmin edir. Onun sözlərinə görə, Azərbaycan kibertəhlükəsizlik sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir: "ITU və FIRST kimi beynəlxalq şəbəkələrdə iştirak ölkədə kibertəhlükəsizliyin gücləndirilməsində mühüm rol oynayır və eyni zamanda qonşu ölkələrlə informasiya təhlükəsizliyi sahəsində məlumat mübadiləsi həyata keçirilir. Elə bunun nəticəsidir ki, Beynəlxalq əməkdaşlıq çərçivəsində əldə olunan biliklər və texnologiyalar Azərbaycanda kibertəhlükəsizlik sahəsinin inkişafına mühüm töhfə verir". 

Araşdırmalar göstərir ki, enerji, maliyyə və kommunikasiya sektoru kimi kritik infrastrukturların kibertəhlükəsizliyinin təmin olunması prioritet məsələlərdəndir. Ölkəmizdə hücumların operativ aşkarlanması və qarşısının alınması üçün təhlükəsizlik əməliyyat mərkəzləri fəaliyyət göstərir. Belə yanaşma strateji infrastrukturların davamlı fəaliyyətini və rəqəmsal təhlükəsizliyini təmin edir.

Havar Şəfiyeva

Избранный
30
yeniazerbaycan.com

1Источники