RU

Münaqişələrin həlli, ucuz dollar, artan şist neft hasilatı: Trampın dövründə neft kəskin ucuzlaşa bilər...

Hazırda dünyada baş verən ən ciddi siyasi hadisə Amerikada yeni prezidentin seçilməsi və Respublikaçıların hakimiyyətə gəlməsidir.  Trampın qələbəsi istər birjaları, istərsə də kriptovalyuta bazarını canlandırıb. Eləcə də Trampın münaqişələri bitirməyə çalışacağı gündəmdədir. Bəs bütün bunlar hazırda dünyada gedən iqtisadi proseslərə, eləcə də neft bazarına necə təsir edəcək? Neftin qiyməti 2025-ci il ərzində  hansı dəhlizdə var-gəl edəcək?

Sitat.info-ya öz açıqlamasında bu sualları  cavablandıran iqtisadçı ekspert Elman Sadiqov qeyd edib ki, Trampın qalib gəlməsindəki ən vacib amillərdən biri onun verdiyi vədlər olub: "Bu vədlər arasında da dünyada münaqişələri bitirəcəyi ilə bağlı olan vəd idi ki, onun prezident seçilməyində müəyyən dərəcədə rol oynadı. Bu münaqişələrdən ən böyüyü Rusiya-Ukrayna müharibəsidir. Bu müharibəni bitirməklə bağlı Trampın vədi çox böyük ümidlər yaradır. Müsbət bir məsələdir, əgər olsa, humanist bir addım olar. Qan tökülməsinin qarşısını alar, ölkələr iqtisadi inkişafları ilə məşğul olar, rifah artar və s. Lakin bunun nə dərəcədə real olacağını zaman göstərəcək. Bu münaqişə təkcə iki tərəfin münaqişəsi deyil, sivilizasiyaların, müxtəlif düşüncələrin toqquşmasıdır. Burada çox böyük qüvvələr, böyük maraqlar var. Ona görə də, bu məsələ hələ ki, müəyyən dərəcədə suallar doğurur.  Amma, əlbəttə, müsbət həlli həm Amerikanın, həm Trampın nüfuzu üçün böyük bir addım olar".

İqtisadçı hesab edir ki, ikinci vacib məsələ Yaxın Şərqdəki proseslərə Amerikanın necə münasibət göstərəciyidir: "İkinci və ən önəmli məsələlərdən biri də Yaxın Şərq məsələsidir. Amerikanın bu münqaşəni durdurması  nə dərəcədə mümkün olacaq -  bu bir az sual doğurur. HƏMAS və Hizbullahın tam olaraq məğlub edilməsi mümkündürmü və ya onları məğlub etmədən , onlarla məsələləri həll etmədən münaqişənin yarımçıq saxlanılmasının  nə dərəcədə mümkün olduğunu zaman göstərəcək,amma inandırıcı deyil".

E.Sadıqov digər tərəfdən Trampın Çinə olan kəskin ritorikası və NATO məsələsənin gündəmə yenidən gəlməsi haqda danışıb: "Trampın Çinə qarşı açıq-aydın kəskin ritorikası var. NATO məsələsi yenidən gündəmə gələr bilər. Çünki Tramp ABŞ-ın NATO-nu ən çox maliyyələşdirən ölkə olduğunu bildirib. Faktiki olaraq NATO-nun maliyyələşməsinin 80 faizi Amerikanın üzərindədir. Və Amerika faktiki olaraq Avropanı Rusiyaya qarşı qoruyur. Ona görə də NATO məsələsində Avropa ölkələri daha çox vəsait ödəməlidirlər. Yəni, Trampın özündən də aslı olmayan məsələlər var. Heç də hər şey Trampın əlində deyil. Çünki qeyd etdiyimiz kimi, Amerika bir yox, bir neçə böyük gücün olduğu ölkədir".

İqtisadçı neftlə bağlı da Tramp və onun tərəfdarlarının mövqeyini açıqlayıb: "Neftlə bağlı Trampın və onun tərəfdarlarının mövqeyi bundan ibarətdir ki, alternativ enerjiyə keçid əvvəl-axır olacaq, amma bu tezliklə, bu sürətlə olması vacibdirmi? Öncə nefti və qazı çıxaraq, sonra alternativ enerjiyə keçək. Yəni paralel gedək. Tramp burada belə bir mövqe sərgiləyir. Xüsusilə də neft və qazın çıxarılmasının əleyhinə olan qüvvələr daha çox iqlim dəyişikliklərinə qarşı mübarizə aparan, bunu qlobal problem kimi göstərən qüvvələrdir. Tramp isə bu iqlim dəyişiklikləri məsələlərinə inanmadığını bəyan edir və qeyd edir ki, onun üçün fərqi yoxdur. ABŞ Şist nefti davamlı çıxarmağa çalışacaq. Amma burada önəmli olan məsələlərdən biri odur ki, Tramp Şist nefti nə dərəcədə sürətli və yüksək həcmdə çıxara biləcək? Çünki Şist neftin  maliyyəti yüksəkdir, eləcə də bu neft  yüksək həcmdə bazara çıxarılsa, 2014-2015-ci illərin ssenarisi təkrarlanarsa, o zaman Səudiyyə də neftini bazara  çıxaracaq.  Çünki o da get-gedə bazar payını itirir. Bu zaman neft qiymətlərində çökmə olacaq, yenə də Şist neftin istehsalı aşağı düşəcək. Çünki maya dəyəri yüksək olduğu üçün sərf etməyəcək. Ona görə də burada ortaq bir qiymət lazımdır. Hamıya sərf edəcək şəkildə tənzimlənməlidir. Bu ortaq qiymət 2016-2017-ci illərdə təxminən 60 dollar hesab olunurdu. Hal-hazırda isə, texnologiyanın inkişafı, inflyasiya və s. nəzərə alınaraq 50-55 dollar olması hər iki tərəfi qane edə biləcək haldır. Hər bir halda neftin qiymətlərinin 2025-ci ildə yüksək olacağı ehtimalı hazırkı gedişatla azdır. Tramp qeyd edir ki, neft qiymətlərinə təsir göstərəcək iki amil var. Birincisi onun münaqişələrə son qoyması məsələsidir. İkinci məsələ isə ondan ibarətdir ki, Tramp  mən ucuz dollar siyasətini daha çox ixrac etmək, ABŞ məhsullarını rəqabətə davamlı hala gətirmək üçün istəyir".

Fatima Zeynal,

Sitat.info

Избранный
5
1
sitat.info

2Источники