RU

İndoneziya da BRICS-in dəvətini qəbul etdi - Üzv ölkələrin sayı 9-a yüksəldi

İndoneziyanın Moskvadakı səfiri Xose Antonio Morato Tavareş (José Antonio Morato Tavares) ölkəsinin BRICS-ə "ortaq ölkə" kimi qoşulma təklifini qəbul etdiyini bildirib.  

Valyuta.Az xəbər verir ki, "TASS" xəbər agentliyinə danışan Tavareş bu təklifi "müsbət bir inkişaf" olaraq qiymətləndirib və İndoneziyanın bu statusla BRICS toplantılarında "ortaq ölkə" kimi iştirak edəcəyini qeyd edib. O əlavə edib ki, İndoneziya bu rolda BRICS-in təşəbbüslərində fəal iştirak edəcək və töhfə verəcək.  

Xatırladaq ki, "BRIC"( Cənubi Afrikanın daxil olmadığı ) termini 2001-ci ildə ingilis iqtisadçı Cim O'Neyl (Jim O'Neill) tərəfindən Braziliya, Rusiya, Hindistan və Çinin artım potensialını vurğulayan bir məqalədə istifadə olunub.  

Birliyin rəsmi qurulması 2009-cu ildə Rusiyanın təşəbbüsü ilə baş tutub. ABŞ və Qərb ölkələrinin qlobal üstünlüyünü balanslaşdırmaq üçün yaradılan qeyri-rəsmi platforma bir il sonra Cənubi Afrikanı da qəbul edərək BRICS adını alıb.  

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın əsasını qoyduğu BRICS, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərinin üzvlüyü ilə genişlənib.  

Bu il yeni üzvlərin qatılması ilə birlikdə BRICS-ə üzv ölkələrin sayı 9-a çatıb. 

Rəhi

Избранный
30
36
valyuta.az

10Источники