RU

Ukrayna Rusiyanın dərinliklərinə “Storm Shadow” ilə zərbə endirdi – İlk dəfə

Ukrayna Silahlı Qüvvələri ilk dəfə Rusiyanın daxilindəki hədəfləri Böyük Britaniyanın “Storm Shadow” qanadlı raketləri ilə vurub.

Referans.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşrin mənbəsi bildirib ki, Britaniya hökuməti müvafiq icazəni Şimali Koreya qoşunlarının cəbhə xəttinə yaxın ərazidə yerləşdirməsinə cavab olaraq verib və London bunu eskalasiyaya doğru addım kimi qiymətləndirib.

Daha sonra “The Telegraph” nəşri Kursk vilayətinin Maryino kəndi yaxınlığında “Storm Shadow”un qalıqlarını aşkar edən şahidlərə istinadən Böyük Britaniya raketlərinin istifadəsi ilə bağlı məlumatı təsdiqləyib.
Избранный
9
18
referans.az

10Источники