RU

Avropa Parlamenti AK-nin yeni tərkibini təsdiqlədi

Avropa Parlamenti (AP) növbəti beş il üçün Avropa Komissiyasının yeni 26 komissarını təsdiqləyib.

Qaziler.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Nəşr qeyd edib ki, deputatlar Avropa Komissiyasının altı icraçı vitse-prezidentini, eləcə də Macarıstandan olan Avropa komissarını yoxlamağa başlayanda proses dalana dirənib. Amma sonda o, yeddisini də təsdiqləyib.

Sentyabrın 17-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Kallasın Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi vəzifəsinə namizədliyini təsdiqləyib. Onun sələfi Cosep Borelin səlahiyyət müddəti dekabrın 1-də başa çatacaq.

Qeyd edək ki, Kallas 2021-ci ilin yanvarından 2024-cü ilin iyuluna qədər Estoniya hökumətinə rəhbərlik edib. O, bu vəzifəni tutan ilk qadın olub. Siyasətçi anti-Rusiya mövqeyi və Ukraynaya dəstək bəyanatları ilə tanınır.

QAZİLER.AZ

Избранный
24
50
qaziler.az

10Источники