Yəmən sahillərində türk şirkətinə məxsus yük gəmisinə hücum olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, hücum husilər tərəfindən həyata keçirilib.
“Husilərin Yəmən sahillərində türk şirkətinə məxsus Panama bayraqlı “Anadolu S” yük gəmisinə həyata keçirdikləri raket hücumlarını qınayırıq", - deyə vurğulanıb.