RU

Moldovada seçkilərin nəticələrinə görə aksiyalar keçirilir

Moldovada müxalif Sosialist Partiyasının (PSRM) lideri İqor Dodon son prezident seçkilərinin nəticələri ilə razılaşmadığı üçün Kişinyovda kütləvi etiraz aksiyası keçirdiyini elan edib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə İqor Dodon məlumat yayıb.

“Sosialist Partiyası bu prezident seçkilərini tanımırdı. Biz çoxlu pozuntular müəyyən etdik və məhkəmələrdə mübarizəmizi davam etdiririk”, - Dodon bildirib.

Onun sözlərinə görə, partiya Konstitusiya Məhkəməsi də daxil olmaqla səslərin yenidən hesablanmasında israrlı olacaq.

“Gələn cümə axşamı, noyabrın 28-də Konstitusiya Məhkəməsinin binası qarşısında genişmiqyaslı mitinq olacaq”- o qeyd edib.


Müəllif: Teleqraf.com
Избранный
60
teleqraf.com

1Источники