RU

Düjarrik: BMT Təhlükəsizlik Şurasının üzvləri arasında konsensus çatışmazlığı var

BMT Təhlükəsizlik Şurasının üzvləri arasında konsensus çatışmazlığı var.

AZXEBER.COM \"Report”a istinadən xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik Qəzza zolağında atəşkəsin dayandırılmasını tələb edən qətnaməyə ABŞ-nin vetosunu şərh edərkən bildirib.

\"Düşünürəm ki, bu, Təhlükəsizlik Şurasının üzvləri arasında müşahidə etdiyimiz konsensus çatışmazlığının və açıq desək, Qəzza ilə bağlı əvvəlki qətnamələrin icra səviyyəsinin aşağı olmasının daha bir nümunəsidir\", - Düjarrik deyib.

Düjarrikin sözlərinə görə, Baş katib öz tərəfindən Qəzzada müharibənin başa çatması, bütün girovların şərtsiz azad olunması və iki dövlətli həllin həyata keçirilməsi üçün bütün səyləri dəstəkləməyə davam edəcək.

Bundan əvvəl ABŞ BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edərək Qəzza zolağında atəşkəs və girovların azad edilməsini tələb edən qətnamə layihəsini bloklayıb. Birləşmiş Ştatlar, həmçinin Fələstinin BMT-yə tam hüquqlu üzv kimi qəbul edilməsinə qarşı çıxıb.
Избранный
11
4
azxeber.com

5Источники